"Neftçi SOCAR" klubu DQS-nın Sumqayıt mərhələsində 1/4-ə yüksəlib
İyunun 20-də 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Sumqayıt şəhərinə start verilib. Turnirdə Azərbaycanı təmsil edən "Neftçi SOCAR" klubu qrup mərhələsini uğurla başa vuraraq, adını turnirin 1/4 final mərhələsinə yazdirib.
ABF-dən verilən məlumata görə, təmsilçimiz yer aldığı qrupda əvvəlcə "Yanjinq" (Çin) klubuna 21:18, ardından isə Çin millisinə 15:13 hesabla qalib gəlib.
Klubumuz iyunun 21-də keçiriləcək 1/4 finalda "C" qrupunun ikincisi ilə qarşılaşacaq.
Xatırladaq ki, "Neftçi SOCAR" klubu bir neçə gün öncə DQS-nın Orlean (Fransa) mərhələsinin qalibi olub.
İNTİQAM Məmmədov


