İngiltərə millisi Qanayla sulh bağlayıb, Kolumbiya isə qalib gələrək qrup lideri olub
ABŞ, Kanada və Meksikada keçirilən və sayca 23-cü olan futbol üzrə dünya çempionatında (DÇ-2026) qrup oyunları davam edir. İyunun 23-də mundialda ikinci tur çərçivəsində daha 3 oyun keçirilib. Oyunlardan biri Meksikanın Sapopan şəhərindəki "Estado Akron" arenasında baş tutub. Burada "K" qrupunda yer alan Kolumbiya millisi ilə DR Konqo üzləşib. Görüş birincinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1;0. Taleyi italiyalı referi Mauritsio Marianiyə həvalə edilən bu oyunda vurulan yeganə qolun müəllifi 76-cı dəqiqədə Daniel Munos olub. Bu qələbədən sonra aktivindəki xalların sayını 6-ya çatdıran Kolumbiya yer aldığı "K" qrupunda liderliyini möhkəmləndirib.
İlk iki turdan sonra "K" qrupunda vəziyyət belədir:
Kolumbiya 2 2 0 0 4-1 6
Portuqaliya 2 1 1 0 6-1 4
Konqo 2 0 1 1 1-2 1
Özbəkistan 2 0 0 2 1-8 0
Günün daha iki oyunu isə "L" qrupunda baş tutub. İlk olaraq münasibətləri ayird etmək üçün meydanda İngiltərə və Qana komandası qarşılaşıb. ABŞ-ın Foksbero şəhərindəki "Gillette Stadium" arenasında baş tutan və honduraslı hakim Səid Martinin idarə etdiyi oyun qolsuz bərabərliklə bitib - 0:0.
"L" qrupunda baş tutan digər oyunda isə Panama millisi ilə Xorvatiya qarşılaşıb. Kanadanın paytaxtı Torontodakı "BMD Field" stadionunda keçirilən həmin oyun Xorvatiyanın minimal hesablı qələbəsi ilə bitib - 1:0. Matçın taleyini həll edən yeganə qolun müəllifi isə 54-cü dəqiqədə Ante Budimir olub. Bu qələbədən sonra qrupda üçüncü pilləyə qalxan Xorvatiya millisi növbəti mərhələyə yüksəlmək şansını artırıb.
Geridə qalan iki turdan sonra "L" qrupunda vəziyyət belədir:
İngiltərə 2 1 1 0 4-2 4
Qana 2 1 1 0 1-0 4
Xorvatiya 2 1 0 1 3-4 3
Panama 2 0 0 2 0 -2 0
İyunun 27-də son tur çərçivəsində İngiltərə - Panama və Xorvatiya - Qana matçı olacaq.
Bu gün isə "B" qrupunda İsveçrə - Kanada və Bosniya-Hersoqovina - Qətər matçı keçiriləcək.
İNTİQAM Məmmədov


