Dilavər Nəcəfov:
“Sağlam məhəllə” layihəsi çərçivəsində 6 şəhərdə yeni idman zonaları istifadəyə verildi
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyan şəhərlərində idman zonaları istifadəyə verilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.


