Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kabo-Verde dünya çempionu Argentinaya əcəl təri tökdürsə də....

Dünən gecə saatlarında keçirilən daha iki oyunla futbol üzrə 23-cü dünya çempionatında !DÇ-2026) 1/16 final mərhələsinə yekun vurulub. Hər iki oyun olduqca maraqlı və nəfəs kəsici olub. Daha diqqət çəkən matç isə Mayamidəki (ABŞ) 67.518 yerlik "Hard Rosk Stadium" arenada 64.478 tamaşaçının gözü qarşısında baş tutan Argentina - Kabo-Verde qarşılaşması olub. Olduqca dramatik məcrada keçən edən və 120 dəqiqə davam edən görüş sonda hazırkı dünya çempionu Argentinanın qələbəsi ilə başa çatıb - 3:2 (1:0). Qeyd edək ki, bu qələbə argentinalılar üçün heç də asan olmayıb. Afrikanın ada dövlətlərindən biri olan və əhalisinin sayı cəmi 550 min təşkil edən (bu təkcə Argentinanın paytaxtı Buenos-Ayresdən təxminən 25 dəfə az deməkdir) Kabo-Verde millisi dünya çempionlarına qarşı son saniyəyədək ciddi oyun nümayiş etdirməklə onlara əcəl təri tökdürüb. 

Vurulan qollara gəlincə, hesabı 29-cu dəqiqədə Argentina millisinin lideri Lionel Messi açıb - 1:0. Yeri gəlmişkən, bu qol sayəsində Messi DÇ-2026-da 7-ci, iştirak etdiyi mundiallarda isə 20-ci qoluna imza ataraq rekordunu yeniləyib. O, həm də, mundiallar tarixində 30-cu matça çixmaqla da rekorda imza atıb. 

Görüşün 59-cu dəqiqəsində afrikalılardan Laros Duarte komanda yoldaşı Rayan Mendeş da Kanalın ötürməsi sayəsində səhnəyə çıxaraq hesabı bərabərləşdirib - 2:1. 90 dəqiqəlik mübarizədə qalib aşkar edilmədiyi üçün tərəflər mübarizəni əlavə vaxtda davam etdiriblər.  

Belədə isə 92-ci dəqiqədə Aleksis Makallisterdən pas alan Misandro Martines cənubi afrikalıları yenidən hesabda irəli çıxarıb -2:1. 

Matçın 103-cü dəqiqəsində isə Dini Lopeş Kanal topu Argentina millisinin qapısından keçirməklə yenidən hesabda tarazlıq yaradıb - 2:2. 

Matçın taleyi 111-ci dəqiqədə argentinalı Diney Borjesin vurduğu qolla həll edilib - 3:2.

Bundan sonra qalan dəqiqələrdə hər iki komandanın etdiyi cəhdlərə baxmayaraq, hesab dəyişməyib və bununla da Argentina millisi DÇ-2026-nın 1/8 finalına yüksəlib. 

Günün digər 1/16 finalında isə Kolumbiya millisi Qana yığmasını minimal hesabla məğlub edib - 1:0. Qeyd edək ki, Kanzas-Siti şəhərindəki 76.640 yerlik "Arravhead" stadionunda baş tutan və fransalı referi Kleman Tyupenin idarə etdiyi oyunda yeganə qolun müəllifi 14-cü dəqiqədə Can Arias olub. 

Bu oyunlardan sonra DÇ-2026-da 1/8 final mərhələnin bütün cütləri müəyyənləşib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin