Kişi cüdoçuların Liqa yarışına yekun vurulub
İyulun 17-də Xırdalanda yerləşən "Abşeron" Olimpiya İdman Kompleksində kişi cüdoçular arasında reytinq xarakterli Liqa yarışının sayca üçüncü olan son turu keçirilir.
ACF-dən edilən məlumata görə, birgünlük yarışda 42 klub və idman cəmiyyətini təmsil edən 188 tatami ustası 7 çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb.
60 kq-da Murad Muradlı (Judo klubu 2012), 66 kq çəkidə Hüseyn Allahyarov (Judo klub 2012), 73 kq çəki dərəcəsində Mehdi Cəfərov (Spartak Brestle Zone), 81 kq-da Süleyman Əliyev (Judo klub 2012), 90 kq çəkidə Xəyyam Əliyev (Azəri-Cüdo İKİB), 100 kq çəki dərəcəsində Hüseyn Eyvazlı (Qəbələ klubu) və +100 kq-da isə Eldar Əliyev (Atilla İK) bütün görüşlərini qələbə ilə başa vuraraq, birinci yeri tutub.
İNTİQAM Məmmədov


