Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiyada S7 təyyarəsi uçuş-enmə zolağından çıxdı

Moskvadan Norilska uçan S7 Airlines (Sibir) şirkətinə məxsus Boeing 737 yük təyyarəsi təyinat hava limanında uçuş-enmə zolağından çıxıb. Hadisə ilə bağlı araşdırma başlanıb və xəsarət alan yoxdur.

AZpress.AZ xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat verib.

Qərbi Sibir Nəqliyyat Prokurorluğunun sosial media kanalında dərc olunmuş açıqlamada deyilir: "İlkin məlumatlara görə, Moskvadan (Domodedovo) Norilska uçan Sibir Hava Yollarına məxsus Boeing 737 yük təyyarəsi Norilsk hava limanına eniş etdikdən sonra uçuş-enmə zolağından çıxıb".

Novosibirsk Nəqliyyat Prokurorluğu aviaşirkətin uçuş təhlükəsizliyi qanunlarına riayət etməsi ilə bağlı araşdırmaya başlayıb.

Best coffeeshop in Berlin