Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xocavənddə traktor minaya düşüb

Xocavənd rayonunun Qızılqaya kəndində mina partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) məlumat verib.

Xəbər verildiyi kimi, avqustun 7-də Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun idarə etdiyi buldozer minadan təmizlənməmiş ərazidə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xocavənd rayon prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi nişanlarına diqqətlə əməl etməyə, şübhəli əşyalara toxunmamağa, tanımadığı ərazilərə girməməyə və təhlükəli ərazilərdə hasarlama işlərinə mane olmamağa çağırıb.

 

Best coffeeshop in Berlin