Moskva yenidən dron hücumuna məruz qaldı
Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru gedən daha yeddi pilotsuz təyyarəni vurub.
Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri yeddi pilotsuz uçuş aparatının hücumunu dəf edib. Təcili yardım mütəxəssisləri dağıntıların düşdüyü ərazilərdə işləyir", - Sobyanin bildirib.
Hazırda itkilər və ya mümkün ziyan barədə məlumat yoxdur.


