Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kalininqrad vilayəti yaxınlığında NATO-ya məxsus kəşfiyyat təyyarəsi aşkar edilib

NATO-nun Bombardier Artemis II kəşfiyyat təyyarəsi avqustun əvvəlindən bəri Kalininqrad vilayəti yaxınlığında ikinci dəfə uçuş həyata keçirib.

Bu barədə TASS Avropa İttifaqının hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbəyi bildirib ki, "Bombardier Artemis II təyyarəsi yenidən Kalininqrad vilayətinin yaxınlığında, Polşa və Litvanın hava məkanında, eləcə də Baltik dənizinin neytral suları üzərində dairəvi şəkildə uçarkən müşahidə edilib".

Onun sözlərinə görə, təyyarə sonuncu dəfə oxşar trayektoriya üzrə 4 avqustda uçub. Daha sonra o, Finlandiya körfəzinin Estoniya sahilləri də daxil olmaqla, Baltik hava məkanında bir neçə dəfə peyda olub, lakin Rusiya və Belarusla sərhəd ərazilərə yaxınlaşmayıb.

Mənbə qeyd edib ki, "təyyarə hazırda mülki aviasiya üçün yaradılmış uçuş dəhlizlərindən istifadə etməklə təxminən 11 km hündürlükdə uçur".

"Bombardier Artemis II" təyyarəsi Rumıniyadakı Konstansa aerodromunda yerləşir və oradan missiyalara yola düşür. Adətən təyyarə ya Baltik regionunda, ya da Qara dənizin neytral suları üzərində uçur. Sonuncu halda, o, heç bir ölkənin hava məkanına girmədən qərbdən şərqə və suların cənub hissəsində geri uçur.

Best coffeeshop in Berlin