Mövsümə çempionlar vitse-çempionun qarşılaşmasıyla start veriləcək
Kişi basketbol klublarının mübarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) yeni mövsümün start götürəcəyi vaxt müəyyənləşib. ABF-dan (Azərbaycan Basketbol Federasiyası) verilən məlumata görə ABL,-da 2026-2027-ci illər mövsümünə sentyabrın 30-da start veriləcək. Mövsümün açılış matçında hazırki çempion "Sabah" klubu ilə vitse-çempion olan "Landau Lions" qarşılaşacaq. Qarşılaşma saat 19:30-da Bakı İdman Sarayında başlanacaq.
İNTİQAM Məmmədov



