Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın yeni mərhələsi: güclü dövlət və dayanıqlı inkişaf

 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın postmüharibə dövründə qarşısında duran əsas prioritetləri və dövlət siyasətinin gələcək istiqamətlərini ortaya qoyur.
Çıxışın əsas xəttini ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra ölkənin gücünün daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi təşkil edir.
Prezident çıxışında vurğulayır ki, 2020-ci ilin Zəfəri və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpası ölkənin tarixində yeni mərhələnin başlanğıcını qoyub. Bu mərhələdə əsas məqsəd əldə edilmiş nəticələri qorumaq, təhlükəsizlik imkanlarını artırmaq və Azərbaycanın inkişafını uzunmüddətli əsaslarla təmin etməkdir.
Çıxışda hərbi və təhlükəsizlik məsələləri xüsusi yer tutub. Dünyada artan münaqişələr fonunda Azərbaycanın müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim olunur. Bununla yanaşı, Prezident ideoloji təhlükəsizliyin də fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu qeyd edib və təhsil, milli düşüncə və vətənpərvərliyin bu sahədə mühüm rol oynadığını bildirdi.
Digər mühüm istiqamət iqtisadi inkişafdır. Xarici investisiyaların cəlb edilməsi, maliyyə sabitliyinin qorunması, enerji potensialından səmərəli istifadə və Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi ölkənin gələcək iqtisadi strategiyasının mühüm elementləri kimi diqqətə çatdırıldı. Xüsusilə enerji və tranzit layihələrinin Azərbaycanın regional və qlobal əhəmiyyətini artırdığı vurğulandı.
Qarabağ və Şərqi Zəngəzurun bərpası isə dövlət siyasətinin uzunmüddətli prioritetlərindən biri olaraq qalır. Bölgədə aparılan genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və yeni yaşayış məntəqələrinin salınması Azərbaycanın postmüharibə inkişaf gündəliyinin əsas istiqamətlərindəndir.
Beləliklə, Prezidentin qurultayda səsləndirdiyi fikirlər Azərbaycanın qarşıdakı dövr üçün üç əsas hədəfini önə çıxarır: güclü təhlükəsizlik, dayanıqlı iqtisadi inkişaf və müstəqil, fəal xarici siyasət.
Çıxışdan görünən əsas mesaj isə budur ki, əldə edilmiş Zəfərlər Azərbaycanın son məqsədi deyil, daha güclü və dayanıqlı dövlət quruculuğu üçün yeni mərhələnin başlanğıcıdır.

 

Əntiqə TAĞIYEVA,
Əməkdar mədəniyyət işçisi, 
Masallı rayonunun Hişkədərə kənd sakini.

 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111