Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

PLENER ƏSƏRLƏR SƏRGİSİ AÇILDI VƏ 12 ,13 OKTYABR TARİXLƏRİNDƏ ZİYARƏTÇİLƏRİN ÜZÜNƏ AÇIQDIR.

FOTO=31:  https://www.facebook.com/groups/604248139738662/posts/3526447324185381/

Etüd əsərlərə ictimai marağın artırılmasına xidmət, naturanın bilavasitə öyrənilməsi, həmçinin, onun real simasının tam əks

etdirməsinə yanaşmanın inkişafı məqsədilə peşəkar rəssamlar arasında elan olunmuş Plener əsərlər sərgisi 10 oktyabr 2026–cı il saat 17–də Xətai Sənət Mərkəzində açıldı. Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, professor Ağaəli İbrahimov açdı.Söz alan Millət vəkili , Əməkdar rəssam Ülviyyə xanım Həmzəyeva, Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Xətai Rayon İcra Hakimiyyəti

nümayəndəsi Turan xanım Kərimzadə, Rəssam İsmayıl Hacıyev, Rəssam Bayram Qasımxanlı, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz fikirlərini bölüşdülər.

Mövzu və texnika sərbəst olan sərgiyə 200-ə yaxın peşəkar rəssam tərəfindən 400-dən çox etüd əsəri təqdim olunub. Həmçinin, iştirakçılar arasında Belarusiyadan 2, Qazaxıstandan 2, Finlandiyadan1,

Əlcəzairdən 1 və Hindistandan 1 rəssam yer alıb.İştirakçıların bir çoxunun iki və daha çox əsərinin yüksək bal toplamasına baxmayaraq, sərgidə daha çox fərqli dəst-xəttin təqdim olunması məqsədilə seçimlərdən sonrakı mərhələ “bir rəssam – bir əsər” prinsipi əsasında apararaq 100 əsər, həmçinin, iştirakçının tədbirə rəng qatmaq məqsədilə qonaq rəssamların əsərləri də sərgidə təqdim olunur.

Sərgi 12,13 oktyabr tarixlərində ziyarətçilərin üzünə açıqdır və giriş sərbəstdir.

Sərginin online kataloqu https://online.fliphtml5.com/udgyq/gmnf/

Sərgidən 10 əsərin müəllifi etüd turuna dəvət olunacaq.

Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olundu.

Əlavə suallar üçün: 051-310-74-01 tel/whatsapp

Sərginin etüd janrının təbliğinə və inkişafına tövhə verəcəyinə inanırıq!

PLENER ƏSƏRLƏR SƏRGİSİ AÇILDI VƏ 12 ,13 OKTYABR TARİXLƏRİNDƏ ZİYARƏTÇİLƏRİN ÜZÜNƏ AÇIQDIR.

Fotomüxbir:Mahir Əhmədov

Махир Ахмедов

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111