Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İsrail Prezidentinin iqamətgahı qarşısında Azərbaycan mahnıları səsləndirilib 
Sentyabrın 29-da İsrail Prezidentinin iqamətgahı qarşısında  Sukkot bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə tanınmış kəndirbaz Rəşid Vəliyev və qızı gənc müğənni  Leyla Vəliyeva iştirak ediblər. Tədbir çərçivəsində Leyla Vəliyeva Azərbaycan dilində “Payız gəldi” və “Mehriban ailəyik” mahnılarını, eləcə də ivrit dilində “Antarktida” adlı mahnını ifa edib.
Azərbaycan mahnılarının İsraildə keçirilən tədbirdə səslənməsi milli musiqimizin təqdimatı, müxtəlif dillərdə mahnıların ifası isə mədəniyyətlərarası ünsiyyət baxımından diqqət çəkən məqam olub.
Qeyd edək ki, Sukkot yəhudi xalqının ənənəvi bayramlarından biridir.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111