Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi" ABL -da liderliyi ələ alıb

30 oktyabr 1 noyabr günlərində kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turunun oyunları keçirilib. Turun mərkəzi oyunu "Neftçi" ilə "Landau Lions" klubu arasında baş tutub. Görüş birincinin minimal hesablı qələbəsi ilə başa çatıb - 86:84. Bu qələbədən sonra aktivinə 5 qələbə 10 xal yazdıran "Neftçi" yarış cədvəlinin vahid liderinə çevrilib. 

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Naxçıvan" - "Ordu" - 76:84;

"Sumqayıt" - "Sabah" - 85:100;

"Gəncə" - "NTD" - 100:80;

ABL-da 6-cı turun oyunları 6-8 noyabr aralığında keçiriləcək. Həmin gün "Ordu" "Sabah"la, "Neftçi" "NTD"lə, "Naxçıvan" isə "Landau Lions" ilə qarşılaşacaq.

İNTİQAM Məmmədov