Formula 1 daha bir komandanın 2026-cı ildən dünya çempionatında iştirakını rəsmən təsdiqləyib
Formula 1-in rəhbər orqanı təsdiq edib ki, Team Cadillac 2026-cı il mövsümündən rəsmi olaraq dünya çempionatının 11-ci iştirakçısı olacaq.
“FIA və Formula 1 təsdiq edə bilər ki, bütün müvafiq idman, texniki və kommersiya qiymətləndirmələri başa çatdıqdan sonra General Motors və TWG Motorsports şirkətlərinin "Cadillac" komandasının 2026-cı ildən Formula 1 çempionatında iştirak etmək üçün müraciəti təsdiqlənib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, 2026-cı ildə Andretti komandası ilə birləşən Amerikanın "Cadillac" komandası Formula 1 pelotonunda 11-ci komanda olacaq.
2025/2026 mövsümündə Azərbaycan Qran Prisi 19-21 sentyabr tarixlərində keçiriləcək.


