Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə  ağacəkmə aksiyası  bu həftə də davam etdirildi

“Konstitusiya  və  suverenlik  ili ”çərçivəsində Ağcabədidə ağacəkmə aksiyası davam etdirilir. Növbəti belə aksiya aprelin 5-də Mingəçevir-Bəhrəmtəpə magistral yolunun 106-cı kilometrliyində Aşağı Avşar kəndi ərazisində keçirilib. Aksiyada  Ağcabədi  Rayon İcra Hakimiyyətinin başçısı, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər. Burada  500  ədəd Eldar şamı ağacı əkilib.
 Qeyd edək ki,  rayon ərazisində yaşıllıqların artırılması məqsədilə bu kimi tədbirlər davam etdiriləcəkdir. 
Ağacəkmə aksiyasından sonra rayon rəhbəri aidiyyəti şəxslərlə birgə  rayon ərazisində yeni park salınması nəzərdə tutulan əraziyə də baxış keçirib, burada planlaşdırılan işlər haqqında  müəyyən fikir mübadiləsi aparılıb.

Mais  İbrahimov

Best coffeeshop in Berlin