Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əhməd Yusifov AÇ-da bürünc uğrunda güləşəcək 

Bu gün Montoneqronun paytaxtı Podqoritsada böyüklər arasında startı verilən və Azərbaycanin 15 (9 kişi və 6 qadın) nəfərlik heyətlə qatıldığı cüdo üzrə Avropa çempionatı davam edir. Xəbər verdiyimiz kimi çempionatın ilk günü ikisi qadın olmaqla yığmamızın beş üzvü mübarizəyə qatılıb. 

Bu beşlikdən isə yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanmaq imkanı əldə edib. Qeyd edək ki, ilk iki görüşdə müvafiq ardıcıllıqla İsrail və Rumıniya təmsilçisini məqlub edən Əhməd 1/4 finalda Fransa təmsilçisi Luke Mxeidzeyə uduzaraq təsəlliverici görüşə qatılıb. Burada isə o, öz komanda yoldaşı, onun kimi ilk iki görüşdə qalib gələndən sonra 1/4-də uduzan Turan Bayramovla qarşılaşıb. Bu Azərbaycan dueli Əhmədin qələbəsi ilə bitincə, o, bürünc medal uğrunda güləşmək imkanı əldə edib. Cüdoçumuz bürünc qazanmaq üçün ispaniyalı Françesko Terroqosu məğlub etməyə çalışacaq.

Təəssüflər olsun ki, bu gün tatamiyə çıxan digər təmsilçilərimiz mübarizəni erkən dayandırıb. Ruslan Paşayev (66 kq) elə startdaca fiaskoya uqrayib.

Zəriflərimizdən isə Könül Əliyeva (48 kq) ikinci, Gültac ki (52 kq) isə start qarşılaşmasında büdrəyib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin