Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Klassiklərimiz "Çempionlar" turnirində medalları sıralayırlar

Mayın 6-da Türkiyənin Antalya şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə startı verilən "Çempionlar" turniri davam edir. Qeyd edək ki, Azərbaycan bu turnirdə yalnız yunan-Roma güləşi üzrə yarışlarda təmsil olunur. Geridə qalan ilk iki gündən sonra Azərbaycan yığması aktivinə 4 (0-2-2)  medal yazdırıb. AGF-dan verilən məlumata görə turnirin ilk günü  döşək üzərinə çıxan təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayevsə (97 kq) bürünc medal qazanıb. İkinci gün isə 60 kq-da çıxış edən Ayxan Cavadov gümüş, Vədat Qasımlı isə bürünc medala sahib olub.

Bu gün çəkisi 63, 82 və 130 kq olan pəhləvanların çıxışı ilə turnirə yekun vurulacaq.

Ölkəmiz bu turnirə 25 yunan-Romaci ilə qatılıb.   

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin