Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın triomuz "Böyük Dəbilqə" turnirinə qatılacaq 

9-11 may günlərində Qazaxıstanin paytaxtı Astanada cüdo üzrə reytinq xarakterli "Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək bu turnirdə Azərbaycan qadın millimizin böyük məşqçisi Saşa Herkenrat-Vimarin rəhbərliyi altında üç cüdoçu ilə təmsil olunacaq. Bu üçlükdə isə Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) yer alıb. 

Ümumiyyətlə, turnirdə Azərbaycan da daxil olmaqla, 47 ölkəni təmsil edən 397 (222 kişi, 175 qadın) tatami ustası.edallar uqrunda mübarizə aparacaq. 

Reqlamentə uyğun olaraq, hər çəki dərəcəsində ilk üç yeri tutan cüdoçu müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı qazanmış olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin