Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans

 

Masallıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqal və ziyalılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıb, Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olublar.
Mayın 10-da, Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmiş Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında geniş məruzə ilə çıxış edib. 
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxışında Ulu Öndərin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyətindən, bu dövrün başlıca mahiyyətindən bəhs edib.
Şəhid anası Mehriban Sultanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev və başqaları çıxışlarında bildiriblər ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirib: “Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib və əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini öncədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji onun bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib”.
Tədbir Masallı rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin çıxışı ilə yekunlaşıb.


 

Best coffeeshop in Berlin