Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi cüdoçularımız AK-da 4 medal qazanıblar

Nazır Talıbov Avropa Kubokunun qalibi olub

Gürcüstanın Qori şəhərində kişi cüdoçular arasında Avropa Kuboku keçirilib. Turnirdə Azərbaycan idmançıları da iştirak ediblər. Qeyd edək ki, iki gün davam edən turnirə 9 tatami ustası ilə qatılan Azərbaycan yığması çıxışını 4 (1-2-1) medalla 15 komanda arasında dördüncü yerdə başa vurub. 

Yiqmamizin aktivinə yazılan medallara gəlincə, yeganə qızıl medalı bütün görüşlərini qələbə ilə başa vuran Nazir Talıbov (66 kq), gümüşləri yalnız həlledici finalda büdrəyən Babarəhim Mirzəyevlə (60 kq) Məhərrəm İmamverdiyev (81 kq) qazanıb. Bürünc medal isə çıxışını üçüncü yerdə bitirən Nəriman Mirzəyevin (73 kq) payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin