Bakıda futzal üzrə dünya çempionatı üçün azarkeş zonası açılıb
Mini-futbol üzrə dünya çempionatı ərəfəsində Bakıda Primorski bulvarında azarkeş zonası açılıb.
Xüsusi təchiz olunmuş ərazidə attraksionlar və əyləncə guşələri yaradılıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Mini-Futbol Federasiyasının prezidenti Orxan Məmmədov, Yaşat Fondunun nümayəndələri, şəhid övladları, milli komandanın oyunçuları və rəsmilər iştirak ediblər.
Dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan komandası rəqibləri Sloveniya, Mavritaniya və Bəhreyn olacaq A qrupunda çıxış edəcək.


