Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhidimiz Ağcabədidə dəfn olundu +FOTO=81

Rüstəmov Miriş Mamed oğlu birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu, Kürmahmudlu kəndi istiqamətində itgin düşmüşdür. Məhkəmə qətnaməsi ilə ona şəhid statusu verilmişdir. Bir müddət əvvəl isə şəhidin ailəsinə məlumat verilib ki, Beyləqan rayonu ərazisində naməlum əsgər adı ilə dəfn edilən Miriş Rüstəmovun kimliyi DNT testi nəticəsində  müəyyən olunub. Bu gün şəhidimizin nəşi doğma yurduna gətirilib və Ağcabədi qəhrəmanlar parkında dəfn olunub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimində mərhumun ailə üzvləri və yaxınları,  rayon rəhbərliyi, müharibə iştirakçıları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dəfn mərasimi zamanı Hərbi orkestrin müşaiyəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və  yaylım atəşi açılıb. Sonda  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhidin tabutu üzərindəki üçrəngli bayrağı onun qardaşı Fəzail Rüstəmova təqdim edib.
Qeyd edək ki, Miriş Rüstəmov 15 mart 1973-cü il tarixdə  anadan olub.  23 iyun 1992-ci ildə həqiqi hərbi xidmətə çağrılıb və Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 23 avqust 1993-cü il tarixdə itgin düşüb. 33 illik intizardan sonra  doğmalarının gözü yollardan yığılan,  nəşi doğma rayonunda torpağa tapşırılan  şəhidimizə Allahdan rəhmət diləyirik! 

Mais  İbrahimov

Best coffeeshop in Berlin