Boksçuların "Heydər Əliyev Kuboku-2025" turniri finişə yaxınlaşıb
Mayın 16-da Bakı Boks Mərkəzində Azərbaycan da daxil olmaqla 8 ölkəni (Özbəkistan, Qazaxıstan, Montoneqro, Rusiya, Belarus, Türkiyə, Gürcüstan) 216 (185 oqlan və 31 qız) təmsil edən yeniyetmə boksçunun iştirakı ilə startı verilən və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 202-ci ildönümünə həsr edilən boks turniri ( Heydər Əliyev Kuboku-2025") artıq finişə yaxınlaşıb. Dünən qızların yarışında yarımfinal (1/2), oqlanlar arasında isə 1/4 final döyüşlərinə yekun vurulub. Qızların yarışında ölkəmizi təmsil edən boksçulardan 5-i finala, oğlanlardan isə 17-si yarımfinala yüksəlib. Qeyd edək ki, oqlanlar 14, qızlar isə 9 çəkidə mübarizəyə qatılıblar.
İNTİQAM Məmmədov


