Azərbaycan yığması minifutbol üzrə dünya çempionatının FİNALINDA +FOTO=117
Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatının finalına yüksəlib.
Elşad Quliyevin yetirmələri yarımfinalda Monteneqro yığması ilə qarşılaşıb. Qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turnirin finalında Azərbaycan Macarıstan - Serbiya matçının qalibi ilə qarşılaşacaq.
Final iyunun 1-də keçiriləcək.
AZpress.AZ, fotomüxbir Mahir Əhmədov


