Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha iki tiktoker ev dustaqlığına buraxıldı

Nərimanov Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən tiktokerlər Əsgər Əlizadə (“Xan” ləqəbi ilə tanınır) və Nuh Məmmədzadənin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Təqsirləndirilən şəxsin vəkili Yusif Seyfəlovun məlumata görə, məhkəmə vəsatəti təmin edib və hər iki təqsirləndirilən şəxs ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl oxşar qabaqlayıcı tədbir daha bir məşhur “TikToker”ə – “Vaqa” təxəllüsü ilə tanınan Vüqar Zeynalzadəyə də şamil edilmişdi.

Best coffeeshop in Berlin