Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Qadın voleybol millimiz Slovakiyaya uçub 

Azərbaycanın qadın voleybol millisi bu gün baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında Slovakiyaya uçub. Bu səfərdə məqsəd Avropa Qızıl Liqasının bu ölkədə keçiriləcək ikinci turuna qatılmaqdır. Yeri gəlmişkən, ikinci tur 6-8 iyun günlərində təşkil ediləcək. Yığmamız Slovakiyada yerli və Montoneqro millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, turnirin birinci turu 30 may - 1 iyun tarixində Bakıda keçirilib. Millimiz doğma divalar arasında Macarıstan (0:3) və Sloveniya (0:3) ilə üzləşib. Təəssüflər olsun ki, yığmamız doğma publika qarşısında keçirdiyi hər iki oyunda uduzub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin