Kriştianu Ronaldo: Sağlamlığım imkan verdikcə oynayacağam!
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Millətlər Liqasının finalında İspaniya üzərində qələbədən (2:2, 5:3 pen.) sonra millidəki gələcəyini şərh edib.
40 yaşlı hücumçu bildirib ki, karyerasını bitirmək fikrində deyil - ən azı səhhəti imkan verdiyi müddətcə.
"Mənim neçə yaşım var. Əvvəldən sona daha yaxın olduğum göz qabağındadır. Amma hər andan həzz almalıyam. Əgər ciddi zədə almasam, davam edəcəm".
Xatırladaq ki, İspaniya ilə matçda Ronaldo zədələnərək 88-ci dəqiqədə əvəzlənib.


