Boksçularımız Gürcüstanda keçirilən turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
Azərbaycanın gənc boksçuları Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bilalhebaşı Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Maqomed Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək millimizin heyətində birinci yeri tutublar. Yalnız finalda uduzan Sübhan Babayev (57 kq) və Hüseyn Hüseynli (90 kq) gümüş medala sahib olublar. Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) turniri bürünc medalla başa vurublar.


