Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda II Türk Ticarət Sərgisi keçirilib

Bakıda "ll türk dövlətləri arasında Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi" (Türk Ticarət Sərgisi) öz qapılarını ziyarətçilərin üzünə açıb.

İlk dəfə 7-9 noyabr 2024-cü il tarixlərində İstanbulda keçirilib. İkinci sərgi isə Bakı Ekspo Mərkəzində Azərbaycan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə əməkdaşlığı, Kiçik və Orta Müəssisələr və Klublar Assosiasiyası (KOBSKA) və REKSOK-nun təşkilatçılığı ilə keçirilib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlət qurumlarının dəstəyi ilə keçirilən yarmarkanın məqsədi bu ölkələr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmət sahələrində əməkdaşlığın dərinləşdirilməsidir. Üç gün davam edəcək sərgidə 20-dən çox sektorda məhsul qrupları və yeni texnologiyaların təqdim edildiyi sərgidə ekspert məruzəçilərin iştirakı ilə keçiriləcək konfranslarda investisiya imkanları, strateji sənayelər, iş dünyasının üzləşdiyi problemlər və həll yolları müzakirə olunacaq.

Tədbirin məqsədi iştirakçı şirkətlər arasında ikitərəfli görüşlər keçirməklə strateji tərəfdaşlıq əlaqələri qurmaq və ortaq türk brendlərini inkişaf etdirməkdir.

Sərgidə 10 ölkə eksponent, 20-dən çox ölkə isə ziyarətçi qismində iştirak edəcək və iyunun 12-dək davam edəcək.

AZpress.AZ sərgidən fotoları təqdim edir:

Best coffeeshop in Berlin