Avropada üçüncü olan U-17-miz vətənə qayıdıb
Şimali Makedoniyanin paytaxtı Skopyedə 17 yaşlılar arasında (U-17) idman güləşi üzrə keçirilən Avropa çempionatında komanda hesabında üçüncü yeri tutan yunan-Roma güləşi üzrə U-17 millimiz vətənə qayıdıb.
Xatırladaq ki, 10 güləşçi ilə AÇ-2025-ə qatılan yığma komandamız çıxışını 5 (2-1-2) medal və 116 xalla başa vurub. Bu nəticə isə U-17-mizə Ermənistan (135 xal) və Gürcüstandan (122 xal) sonra komanda hesabında üçüncü olmaq imkanı verib.
Komandamızın heyətində Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) qızıl, yalnız həlledici finalda büdrəyən Əli Nəzərov (60 kq) gümüş, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov


