"Qarabağ" braziliyalı futbolçu ilə müqavilə imzalayıb
"Qarabağ" "Torense"dən braziliyalı müdafiəçi Dani Boltu alıb.
25 yaşlı futbolçu ilə "3+1" illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi "Torense" olub. Bolt 2024-2025-ci illərdə çıxış etdiyi bu kluba qədər Braziliyada çıxış edərək məzunu olduğu "Fluminense", eləcə də "Atletiko Paranaense", "Vitoriya" və "Yuventud"un rənglərini qoruyub.


