Azərbaycan komandası DÇ-2025-də 12-ci pilləyə yüksəlib
Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında cüdo üzrə keçirilən dünya çempionatı finişə yaxınlaşır. Qeyd edək ki, bu çempionatda planetin 93 ölkəsini təmsil edən 556 (294 kişi və 262 qadın) tatami ustasının mübarizə apaır. Qeyd edək ki, mundialda geridə qalan beş gündən sonra iştirakçı ölkələrdən yalnız 19-u medal qazanıb. Azərbaycan iki bürünc medalla bu medal sıralamasında Monqolustan və Almaniya ilə birlikdə 12-14-cu yerləri bölüşür. Bu sıralanmada Azərbaycan aktivində cəmi bir bürünc medalı olan İspaniya, Macarıstan, BƏƏ, Cənubi Koreya, Hollandiya və Özbəkistan komandasını geridə qoyub. Azərbaycanın kənarda qaldığı Top-10-da isə vəziyyət belədir: Yaponiya (6-2-3), Fransa (1-1-1), Gürcüstan (1-1-1), İJF (1-0-1), İtaliya (1-0-0), Braziliya (0-1-1), Kosovo (0-1-1), Tacikistan (0-1-1), Qazaxıstan (0-1-0), Kanada (0-1-0). Sırada 11-ci olan Xorvatiya da bir gümüş medala sahibdi (0-1-0).
İyunun 19-da mundialda fərdi, ertəsi gün isə qarışıq komanda yarışına yekun vurulacaq
İNTİQAM Məmmədov


