Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

RÜSTƏM İSMAYILOV: 

"Təbəssüm" rəqs qrupunun "Uşaqlar bizim sevincimizdir" adlı yekun tədbiri keçirilib

07.06.2023-cü il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Elm və Təhsil Nazirliyinin dəstəyi "2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi həsr olunmuş "Təbəssüm" rəqs qrupunun "Uşaqlar bizim sevincimizdir" adlı yekun tədbiri keçirildi. 
Tədbirdə Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, Nəsimi rayon İcra hakimiyyətinin I müavini Gülarə Verdiyeva, Vətən müharibəsi şəhidlərinin ailələri və digər qonaqlar iştirak etmişdir.
Tədbirdə Mərkəzin "Məktəb teatrı" dərnəyinin gənc aktyorları sevimli nağıl qəhrəmanlarını canlandırıblar. Eyni zamanda "Təbəssüm" rəqs qrupu rəngarəng geyimlərdə ölkəmizdə yaşayan müxtəlif xalqların, etnik qrupların, bir çox dünya ölkələrinin və uşaqların sevimli cizgi film personajlarının rəqslərini nümayiş etdirdi.
26 nömrədən ibarət olan rəngarəng rǝqs proqramı,  gələn qonaqların xüsusi marağına səbəb oldu və onlara xoş anlar yaşatdı.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və "2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi" PHŞ-in direktoru Əminə xanım Musayeva çıxış edərək öz xoş təəssüratlarını bölüşdülər. Əminə xanım uşaqların tədris ili boyu gördüyü işlərdən və əldə etdiyi nailiyyətlərdən söhbət açdı.

Best coffeeshop in Berlin