YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Elçin Səlimli:
"ata yurdum Aşağı Surra kəndində oxucularla görüşüm"
3 İyun 2023 -cü ildə böyüyüb boya-başa çatdığım ata yurdum Aşağı Surra kəndində oxucularla görüşüm keçirildi.Qeyd edim ki, görüşün əsas təşəbbüsçüsü və təşkilatçısı
Şair həmkarım Elnur Uğur Abdiyev idi.Həmçinin kənd "Bulaq Folklor Evinin" rəhbəri Ərəstun Əsgərov, həmçınin Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxasının müdiri Gülnarə Səlimova,kitabxanaçılardan Əminə Səlimova və Qaralı kənd kitabxanasının işçisi Şərmin Səlimli də bu görüş üçün öz kömək , dəstəklərini əsirgəməmişlər.Hamısına öz dərin təşəkkürlərimi bildirirəm.
Həmçinin bu görüşün keçirilməsi üçün kəndimizdəki hər iki məktəbin müəllim və şagird kollektivi də öz əllərindən gələni etmişlər.Bunun üçün tam orta məktəbin direktoru Həbulla Rəhimov və ümum təhsil orta məktəbin direktoru Rauf Səlimova ayrıca təşəkkürlərimi bildirirəm.
Qeyd edim ki,görüş çox maraqlı və yadda qalacaq anlarla dolu idi,həmçinin çox yüksək səviyyədə keçdi.Ümidvaram ki, bu görüş uzun müddət yaddaşlardan silinməyəçək və iştirakçıların qəlbində geniş izlər buraxacaqdır.
Çox-çox uzun illərdən sonpa baş tutan görüş üçün hamınıza öz dərin təşəkkürlərimi bildirir və hamınıza xoş günlər arzulayıram.
Hörmətlə:Elçin Səlimli.
05.06.2023-cü il.


