Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

MAHİR ƏHMƏDOV: 

VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI

“HEYDƏR ƏLİYEV İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilən VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI Xətai Rayon İcra Hakimiyyətinin qarşısında 27 may 2023-cü il   saat 10:00-da açıldı.

Tədbiri giriş sözü ilə  Xətai rayon  İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri  Pənah İmanov  açaraq  tədbir iştirakçılatını salamladı.

Söz alan  Xətai rayon  İcra başçısının müavini  Rafiq İsayev ,Xətai Rayon  Yeni Azərbaycan Partiyasının   sədri  Vüqar Kərimzadə ,   Neft –Kimya  Prosesləri İnstitunun   direktoru,akademik Vaqif  Abbasov,Azərbaycan Rəssamlar İttifaqının sədr müavini,professor Ağəli İbrahimov, Əməkdar İncəsənət Xadimi,Sənətşünas   Ziyatxan  Əliyev, Xətai Sənət Mərkəzinin direktotu   Zahid  Əvəzov   öz  ürək sözlərini  festival  iştirakçıları ilə bölüşdülər.

Tədbirin   bədii hissəsi  Xətai rayonunun  müxtəlim musiqi kollekiflərinin çıxışları ilə  davam etdi

Nahar  fasiləsindən sonra   Rəssam Cəlal   Ağayevin  fesival iştirakçıları üçün  nəzərdə tutulmuş  Master klası ilə davam etdi.

Festival hər yaş qrupu üzrə  ayrıca   hədiyyə və diplomların təqdim olunması və   

 təntənəli bağlanışla başa çatdı

Festivalın   qalibləri

 15-21 yaşa qədər

Zeynalabduyeva Narın                                         (I yer)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Vəzirova  Gülrux                                          (II yer)

T.İsmayılov adına 6 saylı məktəb-lisey

Xudaverdiyeva Fəridə                         (III yer)        

  EDUGrata təhsil mərkəzi

                               11-15 yaş arası

Süleymanlı Hüseyin                                                                                  (I yer)                  

4 saylı Uşaq İncəsənət Məktəbi

Əzizli Məhəmmədəli                                                                                   (II yer)

İmişli rayon Uşaq İncəsənət  Məktəbi

Abbaslı Selcan                                                        (III yer)

Kəlbəcər Uşaq İncəsənət Məktəbi

11 yaşa qədər

Əliyev Furqan                                                                         ( I yer)        

EDUGrata təhsil mərkəzi

Kərimzadə Məlahət                                                   (II yer)

248 saylı tam orta məktəb

Musayev Nuran                                                            (III yer)

Kürdəmir şəhəri 5 saylı məktəb

Nəzərinizə  çatdıraq ki, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində mövzusu “Güllər” olan uşaq yaradıcılıq  müsabiqəsi elan olunmuşdur.

Müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir və bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənmişdir vəhər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 uşaq   festivala     dəvət olunmuşdur

Tədbirin dəstəkçisi Niderlandın boya markası olan“Royal&Talens”in Artcreation brendidir.

Best coffeeshop in Berlin