YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
NƏRİMAN QASIMOĞLU:
SƏNİ SEVMƏMƏK OLURMU?
Fuad Poladov - 75
Səni sevməmək olurmu?
Olursa, bu necə haldır?
Sevənlər cavab bulurmu?
Necə də gözəl sualdır!
Bəs səni sevməyənlərin
Yaddaşında necə qaldın?
Nə desin sevməyənlərin?
Necə də qəliz sualdır!
Kimdir verə bir cavabı?
Kimdən axı cavab aldın?
Dinləməyə varmı tabın?
Necə də qərib sualdır!
Sevənlər səndən doydumu?
Kim ayıldı, kim bayıldı?
Min-min ilin bir adamı?
Necə də aydın sualdır!


