Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Ərə getmək üçün qaçan 13 yaşlı qız ailəsinə təhvil verilib

13 yaşlı qız ərə getmək üçün 44 yaşlı kişiyə qaçıb. 2010-cu il təvəllüdlü qızın belə addım atmağınin mənbəyində nə dayanır? Belə nəticəyə gəlmək olar ki, evdə uşağı istiqamətləndirən yoxdur. 13 yaşlı qız onlayn dərslərə qoşulmaqdansa, sosial şəbəkəyə qoşulub atası yaşda birinə meyl edir. O yaşda evlənmək düşüncəsini kim beyninə salıb? Bəzi ailələr 15 yaşinda evlənmişəm, nişanlanmışam, qaçmışam kimi ifadələri uşağın yanında sanki qəhrəmanlıq edibmiş kimi fəxrlə deyirlər. Sonda uşaq da bunu normal qəbul edir. Anam edibsə mən niyə etməyim? Qaçdığ şəxsin ilk nikahından övladı da varmış. Övladına da görəsən o gözlə yanaşarmı? Azyaşlıların ataları yaşda kişilərə meyl etməsi günbəgün çoxalmaqdadır. Günah kimdədir...Ailədə yoxsa...

Umay

Best coffeeshop in Berlin