Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

MAİS İBRAHİMOV:

Ağcabədidə Qarabağ cinsli atların sərgisi keçirilib

Qarabağ Atçılıq Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Qarabağ cinsli atların sərgisi keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qarabağ Atçılıq Kompleksinin, F-Holdinq şirkətinin, Azərbaycan Qarabağ Atları Assosiasiyasının və digər idarə və müəssisələrin rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə atların saxlanılması şəraiti ilə tanışlıq olub. Kompleksin direktoru Elman Qədirov qonaqlara Qarabağ atlarının üstün xüsusiyyətləri, onların bəslənilməsi barədə geniş məlumat verib.
Tədbir kompleksin qapalı manejində davam edib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, F-Holdinq şirkətinin direktoru Fərid Mustafayev, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əbülfəz Qafarov və digər çıxış edənlər belə sərgilərinin və cıdır yarışlarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, Qarabağ Atçılıq Kompleksinin yaradılmasını dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının göstəricisi olduğunu bildiriblər. Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra at təlimi meydançasında Qarabağ atlarının yaş kateqoriyalarına görə sərgisi keçirilib. Kompleksin açıq manejində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş zəfər mükafatı üzrə cıdır yarışı təşkil olunub. Yarışın qaliblərinə təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim edilib.
 

Best coffeeshop in Berlin