Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

AĞADDİN BABAYEV: 

Lənkəran teatrında premyera:"Yalançı şahzadə"

Mayın 6-da Lənkəran Dövlət Dram Teatrında "Yalançı şahzadə" tamaşasının premyerası keçirilib.

AZpress.AZ xəbər verir ki,  tamaşada Kralın rəssam oğlunun başına gələn hadisələrdən bəhs olunur. Kralın taxt-tacına sahib çıxmaq istəyən meşə qulduru hiylə ilə saraya yol tapır. Lakin Kralın oğlu quldurun bu istəyinin gerçəkləşməsinə mane olaraq "yalançı şahzadə"nin arzusunu ürəyində qoyur və təkbətək mübarizədə onu məğlub edir.

Son nəticədə Kral möhürünü oğluna təhvil verərək onu taxta otuzdurur.

Məktəblilərin maraqla izlədikləri `səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcov, geyim rəssamı Güli Süleymanlıdır.

Rolları Allahverən Babayev (Kral), Səyad Əliyev (Meşə qulduru), Saleh Əzimzadə (Rəssam şahzadə), Ayşən Əsədova (Kralın qızı), Təranə Əzizova (Qulluqçu), Amil İbrahimli (Tutuquşu), Rauf Zeynalov (Kralın mühafizəçisi) və Nizami Qurbanov (Kralın nökəri) ifa ediblər.

Best coffeeshop in Berlin