Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Üç boksçumuz Dünya Kubokunun yarımfinalına yüksəlib 

Qazaxıstanın paytaxtı Astanada böyüklər (kişi və qadın) arasında keçirilən və  Azərbaycan idmançılarının da iştirak etdiyi boks üzrə Dünya Kubokunda 1/4 final mərhələnin döyüşlərinə yekun vurulub. Qeyd edək ki, bu mərhələni uğurla başa vurub adını yarımfinala yazdiranlar arasında Azərbaycan yığmasının üç üzvü -  Məhəmməd Abdullayev (+92 kq), Məhəmmədəli Qasımzadə (60 kq) və Subhan Mamedov (50 ki) yer alıb.

Bununla da hər üç boksçumuz ən pis halda turnirin bürünc medalini özünə təmin edib.

İyulun 5-də yarımfinal döyüşləri keçiriləcək. Həmin gün finala çıxmaq üçün Abdullayev ev sahibi Aybek Oralbaya, Qasımzadə braziliyalı Luis Qabriel do Naskimentoya, Mamedov isə qazaxıstanlı Sanjar Taskenbaya qalib gəlməyə çalışacaq. 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111