Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Azdrama "Danışan gəlincik" tamaşası ilə Lənkəranda çıxış edib

AZpressAZ, Ağaddin Babayev (FOTO=24)

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri təşkil olunub.
AZpress.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Dram Teatrlnln truppası aprelin 24-də Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” bir hissəli nağıl-tamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib.
Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi bu səhnə əsərinin əsas sujet xəttini padşah qızı olan şahzadə xanımın ərköyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmağında ona mane olur.
Nağıl içində nağıl üslubu ilə davam edən tamaşada balaca tamaşaçılar eyni zamanda “Tıq-Tıq xanımın nağılı"nı da şahzadə xanımın obrazı fonunda izləmiş olurlar.
Maraqla baxılan tamaşanın quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Rolları əməkdar artistlər Şəlalə Quliyeva və Elnar Qarayev, artistlərdən Ramin Şıxəliyev, İlahə həsənova, Xədicə Novruzova və Nigar Güləhmədova ifa ediblər. 

Best coffeeshop in Berlin