Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AÇ-yə qatılan 8 qız boksçumuzdan 7-si medal qazanıb 

Ən yaxşı nəticəni isə Əminə Tağı göstərib 

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular  arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatında qızların yarışına yekun vurulub. Yarış Azərbaycanın qızlardan ibarət yığma komandası üçün uğurlu olub. Belə ki, məşqçi Anar Baxışovun rəhbərliyi altında çempionata qatılan 8 bokscumuzdan 7-si daha yaxşı döyüşərək, mükafatçılar sırasında yer alıb. Mukafatçılarımız arasında isə ən yaxşı nəticəni 50 kq-da rinqə çıxan Əminə Tağı göstərib. O, həlledici finalda erməni rəqibi Amest Afrikyanı rəzil edərək Çempion adını qazanıb. Təəssüflər olsun ki, Əminə ilə yanaşı finala yüksələn digər üç boksçumuz - Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) həlledici döyüşdə büdrəyərək çıxışını ikinci yerdə bitirməklə gümüş medalla kifayətlənib.

Daha üç təmsilçimiz - Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) isə üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

Beləliklə də, Azərbaycanın qızlardan ibarət yığması Avropa çempionatını 7 (1-3-3) medalla başa vurub .

Xatırladaq ki, eyni məkanda keçirilən oğlanların analoji yarışı isə davam edir. Dünən təmsilçilərimizdən Səfdər Məmmədzadə (+80 kq) yarımfinalda belaruslu Krill Jukovskini məğlub edərək finala yüksəlib və rusiyalı Boqdan Smolkinə rəqib olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin