Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Pedaqoq Zenfira Nusalovanın kitablarının imza günü keçirilib +FOTO=48

17.07.2025-ci il tarixdə ədəbiyyatsevərlər üçün yadda qalan tədbir baş tutub.

AZpress.AZ xəbər verri ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında pedaqoq, maarifçi-ziyalı Zenfira Nusalovanın "Xəyallardan gerçəkliyə", "Aforizmlər", "Səndə gözəlləşən həyat" kitablarının təqdimatı və imza gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. 

Tədbirdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü Nəcibə İlkin, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, professor Elçin İsgəndərzadə, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı Fəxrəddin Cəbrayılov, deputat Vüqar İskəndərov, aktrisa Həlimət Sultan, xanəndə Maya Cəbrayılova, Birinci Qarabağ müharibəsi iştirakçısı, mayor Aidə Şirinova, yazıçı-publisist Reyhan Mirzəzadə, yazıçı, şairə Məhəbbət İbrahimova, şair-publisist Fəxrəddin Meydanlı, 225 nömrəli tam orta məktəbin direktoru Sevda Eminova, müğənni, bəstəkar Arif Səlimov, Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, aktyor Elməddin Cəfərov, eləcə də media nümayəndələri iştirak ediblər. 

Tədbirdə iştirak edən qonaqlar çıxışlarında ürək sözlərini və ən xoş arzularını çatdırıblar.

Fotomüxbir Mahir Əhmədov

Zenfira Nusalovanın yaradıcılıq yolu ilə tanış olmaq üçün linkə daxil olun:

https://www.facebook.com/azpresstimes/videos/708842905455104

Best coffeeshop in Berlin