YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
“Sabahın alimləri” XII respublika müsabiqəsinə start verildi- Dilavər Nəcəfov
“Sabahın alimləri” XII respublika müsabiqəsinə start verilib. Müsabiqənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Elmi Ekspertiza Komitəsinin sədri, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli çıxış ediblər.


