AÇ-yə gedəcək şahmat komandalarının heyəti açıqlanıb
Oktyabrın 5-də kişi və qadın şahmat yığmaları arasında komanda Avropa çempionatı keçiriləcək. Vaxtın hələ də çox qalmasına baxmayaraq, artıq Azərbaycan Şahmat Federasiyası qitə çempionatına gedəcək hər iki komandanın heyətinin müəyyənləşdirib.
Kapitani Teymur Rəcəbov olan kişi millimizin heyətində Şəhriyar Məmmədyarov, Rauf Mirqədirov, Məhəmməd Muradlı, Aydın Süleymanli və Eltac Səfərli daxil olub.
İlahə Qədimovanın başçılıq etdiyi qadın yiqmamizin heyətində isə Ülviyyət Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Əliyeva, Xanım Balacayeva və Ayan Allahverdiyeva cəlb edilib. Nicat Abbasov isə komandada məşqçi olacaq.
İNTİQAM Məmmədov


