Parataekvondovu Əbülfəz Abuzərli idmançı karyerasını bitirib
Parataekvondo üzrə ikiqat Avropa çempionu, dünya çempionatınin mükafatçısı və iki dəfə Paralimpiya Oyunlarının iştirakçısı olan Əbülfəz Abuzərli idmançı karyerasını başa vurub. Qeyd edək ki, 33 yaşlı sabiq parataekvondocu bundan sonrakı fəaliyyətini məşqçi kimi davam etdirmək niyyətindədir. O, hazırda milli komandanın baş məşqçisi Fərid Tağızadənin köməkçisi qismində İstanbuldadir. Komandanı qarşıda Avropa Gənclər Paralimpiya Oyunları gözləyir.
İNTİQAM Məmmədov


