Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Ağcabədidə 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub- Mais İbrahimov (Ağcabədi)

Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub. Azpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, faciənin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri Ağcabədi Qəhrəmanlar parkına gələrək şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini, eləcə də I Qarabağ və Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, onların ruhuna dualar oxuyublar.

Saat 12-00 - da 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.

Rayon rəhbəri və hüquq-mühafizə orqanlarının rəhbərləri daha sonra Muğanlı Qəhrəmanlar parkını da ziyarət ediblər.

Fotomüxbir:   Mais  Amin  AZpress.AZ    Ağcabədi.

Best coffeeshop in Berlin