Tələbə "akademiklərimiz" Avropa çempionu olublar
Xorvatiyanın paytaxtı Zaqrebdə universitet tələbələri arasında futzal üzrə Avropa çempionatı keçirilib. Çempionatda iştirak edən Azərbaycan İdman Akademiyasının tələbə komandası qitənin ən güclüsü olmaqla tarixi uğura imza atıb. Qeyd edək ki, "akademiklərimiz" çempionatın həlledici final görüşündə İspaniyanın Valensiya Universitetinin tələbə komandası üzərində qələbə qazanıb - 7:2.
İNTİQAM Məmmədov


