Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sabah" FK "Petrokub"u qəbul edəcək 

Bu gün daha bir klubumuz Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində matçına çıxacaq. Söhbət "Sabah" klubundan gedir. Adıçəkilən təmsilçimiz doğma divalar arasında "Petrokub" (Moldova) klubunu qəbul edəcək. Oyun saat 20:00-da Masazirdaki "Bank Respublika Arena"da başlanacaq. Oyunu serbiyalı hakim Danilo Nikolic idarə edəcək. 

Xatırladaq ki, bir həftə öncə baş tutan ilk oyunda (səfərdə) "Sabah" rəqibini 2 cavabsız qolla məğlub edib. Odur ki, "Sabah"a növbəti mərhələyə adlamaq üçün heç-heçə, harda bir top fərqli məqlubiyyət də sərf edir. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin